Müharibə İştirakçılarının Karyera və İnkişaf Mərkəzi yaradılıb
Müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi təşəbbüsləri layihəsi çərçivəsində “Müharibə İştirakçılarının Karyera və İnkişaf Mərkəzi” yaradılıb.
Layihə Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Davamlı İnkişaf Uğrunda İctimai Birliyi, LEAD Education Təhsil və İnkişaf Mərkəzi və Gələcək Naminə İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Belə ki, Layihənin məqsədi müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsinə, dolayısıyla da bütün ölkənin peşəkar kadr ehtiyatının artırılmasına dəstək olmaqdır. Bu məqsədlə “Müharibə İştirakçılarının Karyera və İnkişaf Mərkəzi” yaradılıb. Yaradılan mərkzədən yararlanan müharibə iştirakçılarına psixoloji dəstək göstərilir. Həmçinin müxtəlif mözvularda təlimlər həyata keçirilir. Eyni zamanda iştirakçılar üçün “Peşəkar Kadr” kitabça və II Qarabağ Müharibəsindən bəhs edən videoçarx hazırlanıb.
Layihə nəticəsində müharibə iştirakçılarının bir araya toplanıb elmi və şəxsi inkişafları ilə bağlı olaraq yaradılan “Təcrübə Mərkəzində” təcrübə qazanaraq müxtəlif təlimlərə qoşularaq nəzəri və praktiki biliklərini gücləndiriləcəkdir. Həmçinin layihədən yararlananlar II Qarabağ müharibəsinin iştirakçıları arasından seçilməsi Qarabağın inkişafına, böyük qayıdış proqramına, müharibə iştirakçılarının və dolayısıyla da ölkənin məşğulluğunun təmin edilməsinə dəstək göstərəcəkdir.