Gənclərin Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiyaları təşkil edilmişdir

Bu gün gənclərin Dövlət Sərhəd Xidməti Akademiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə layihəsi çərçivəsində  Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiyası təşkil edilmişdir. 

Gənclər əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət etmişlər.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyət barədə geniş məlumat verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilərlə görüşlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş sərhədçilər haqqında məlumatların yer aldığı guşə gənclər tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbir çərçivəsində gənclər, kursantların dərs prosesi və məişət şəraiti ilə yaxından tanış olmuşlar.