Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş breyn rinq intellektual oyunu keçirilib.
Bakı şəhər Gənclər və İdman İdarəsi və 216 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 22 dekabr tarixdə Xəzər rayonun orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş breyn rinq intellektual oyunu keçirilib.
Təbdirin əvvəlində məktəbin həyətyanı sahəsində ağac əkmə aksiyası keçirilib.
Təşkilatçı və qonaqların çıxışlarından sonra oyuna start verilib.
Maraqlı mübarizə şəraitində keçən turnirdə 22 komanda iştirak edib və yarışın sonunda:
I yeri – 136 nömrəli tam orta məktəbin komandası
II yeri – 234 nömrəli tam orta məktəbin komandası
III yeri – 120 nömrəli tam orta məktəbin komandası tutub.
Mükafatçılara Bakı şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.