Yeniyetmə boksçuların mübarizəsi başlayır

     Bu gün yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi start götürəcək.  Boks Mərkəzində təşkil olunacaq yarışda 150-dək idmançı gücünü yoxlayacaq.
   Birinciliyə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qatılacaq. 2002-2003-cü il təvəllüdlü boksçular arasında baş tutacaq yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək.
      Döyüşlər bu gün saat 15:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 12-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir