Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

       Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Neftçi İKİB, Təhsil RİM, Məhsul İC, Ümid İK, Atletika İK, Spartak İC, 5№li İOEUGİM-i təmsil edən  idmançılar mübarizə aparmışdır.

     Nəticələrə görə qadınlar arasında keçirilən yarışda 3000 m məsafədə Anna Yusubova (RBTM),  uzunluğa tullanmada Yelena Pextiryeva (Atletika İK), 200 m məsafədə Zəkiyyə Həsənova (Neftçi İKİB), 800 m məsafədə Natavan Etibarova (1№li İOEUGİM), 400 m məsafədə Lamiyə Vəliyeva (BTİ), 60 m məsafədə Fəxriyyə Tağızadə (Ümid İK),  60 m məsafədə sədlərlə qaçış Ayana Seyuşova (5№li İOEUGİM), üçtəkanla tullanmada Ülviyyə Cabbarova (Təhsil RİM), 1500 m məsafədə Brilyant Bayramova (Məhsul İC), yadro  növü üzrə Günel Hüseynova (Təhsil RİM) I yerə layıq görülmüşlər.

   Kişilər arasında isə 3000 m məsafədə Zaman Pirverdiyev (Gəncə-Təhsil), 1500 m məsafədə Elman Abışov (Təhsil RİM), 400 m məsafədə Kamran Səfərov (Ümid İK), 800 m məsafədə İlham Abışov (5№li İOEUGİM), 200 m məsafədə Yevgeniy Kasilov (Spartak İC), 60 m məsafədə Nazim Babayev (Neftçi İKİB), 60 m məsafədə sədlərlə qaçış Rahib Məmmədov (Gömrükçü İK), hündürlüyə tullanmada Heybət Salayev (5№li İOEUGİM), uzunluğa tullanmada Nazim Babayev (Neftçi İKİB), üçtəkanla tullanmada Rüstəm Məmmədov (Təhsil RİM), yadro  növü üzrə Nurəhməd Babayev (Təhsil RİM), 4×200 m məsafədə Təhsil RİM komandası I yerə layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir