Güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilmişdir

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Atıcılıq Mərkəzində   güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Turnirdə “Spartak” İC, “Neftçi” İKİB, “DİN” İC və RSAİM-ni təmsil edən 49 idmançı  iştirak etmişdir.

         Nəticələrə görə KÇTÇ-4  hərəkəti üzrə  Nigar Nəsirova , PT-4 hərəkəti üzrə Jalə Bayramova , PTÇ-4 hərəkəti üzrə Nigar Nəsirova , PT-4 hərəkəti üzrə Ruslan Qəhrəmanov, KÇTÇ-4 hərəkəti üzrə   Ruslan Lunyov, PTÇ-4 hərəkəti üzrə Ruslan Lunyov  I yerlərə layiq görülmüşlər.

          I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir