Stritbol üzrə turnir keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2004 – 2006-cı il təvəllüdlü oğlanlar arasında “20 yanvar – Ümumxalq hüzn günü”nə həsr olunmuş stritbol üzrə turnir keçirilmişdir. Oyunlar Səbail rayonu 91 nömrəli tam orta məktəbin idman zalında keçirilmişdir. Yarışda 12 komanda tərkibində 72 nəfər iştirak etmişdir.
      Yarışda I yeri Şahdağ komandası, II yeri Sahil komandası, III yeri Bayıl komandası tutmuşdur. Sonda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir