Yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr  arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

           Yarışda 2001- 2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Neftçi İKİB, DİN İC, ROİL, Zenit İC, 1 saylı RİOEUGİM, 5 № li UGGİM, 9 № li UGİM,  Sərhədçi İK, Gömrükçü İSM, Lokomotiv İSM,  Pəhləvan İK, Marafon İK, TT Fight İC, Gənclik İC, Start İK, Qarabağ İC, Azəri İK-nı təmsil edən 235 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 45 kq çəki dərəcəsində Camal Qasımov (Həyat İK), 48 kq çəki dərəcəsində Ramin Əzimov (9 № li UGGİM), 51 kq çəki dərəcəsində Sənan Hümbətov  (Zenit İC), 55 kq çəki dərəcəsində Azər Əhmədov (Zenit İC), 60 kq çəki dərəcəsində Məmməd Əhmədov (ROİL), 65 kq çəki dərəcəsində Elmar Kazımov (Azəri İK), 71 kq çəki dərəcəsində Nəsib İsayev (Azəri İK), 80 kq çəki dərəcəsində Valeh Həmidov (Pəhləvan İK), 92 kq çəki dərəcəsində Fuad Mayılov (Pəhləvan İK), 110 kq çəki dərəcəsində Elmin Əhmədov (Lokomotiv İSM), komanda hesabında isə Zenit İC  I yerə layiq görülmüşlər.

        Yunan-roma güləşi üzrə Neftçi İKİB,  DİN İC, ROİL, 5 №-li UGİM, 9 № li UGİM, 10 № li UGİM,  MOİK, Pəhləvan İK, Lokomotiv İK, Spartak İC, Məhsul İC, Hövsan OIK, Pirşağı İK, Cəngi GK, Zenit İSM,  Gənclik İK, Olimp GK, 1 №-li RİOEUGİM, 2 №-li RİOEUGİM-i təmsil edən 230 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 45 kq çəki dərəcəsində Rəşad Məmmədov (ROİL), 48 kq çəki dərəcəsində Qurban Qurbanov (ROİL), 51 kq çəki dərəcəsində Həsrət Cəfərov  (ROİL), 55 kq çəki dərəcəsində Murad Abbasov (Spartak İC),  60 kq çəki dərəcəsində Alı Alıyev (UGİM), 65 kq çəki dərəcəsində Vəfadar Cəfərov (ROİL), 71 kq çəki dərəcəsində Allahverdi Əliyev  (Neftçi İKİB), 80 kq çəki dərəcəsində Qabil Əhmədov (Neftçi İKİB), 92 kq çəki dərəcəsində Əliheydər Əliyev (Pirşağı), 110 kq çəki dərəcəsində Sərxan Məmmədov (Lokomotiv İK), komandan hesabında ROİL I yerə layiq görülmüşlər.

         Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir