Yasamal rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub

           Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  2  fevral-Azərbaycan Gəncləri  günü münasibəti  ilə  rayon  gənclərinin  yekun  toplantısı  keçirilmişdir.

          Toplantıda  Yasamal Rayon  İcra  Hakimiyyəti  başçısının  birinci müavini   Səməd İslamov,  Bakı  şəhər  Gənclər  və  İdman  Baş  İdarəsinin  rəisi  Raqif  Abbasov, millət  vəkili  Elşad  Həsənov,  Yeni  Azərbaycan  Partiyası  Gənclər Birliyinin sədri  Seymur  Orucov, Yasamal  rayon  Gənclər və  İdman  İdarəsinin  rəisi  İlham  Səfərov, o cümlədən rayon  ərazisində  fəaliyyət  göstərən  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  bir  qrup  gənc  alimi, ali  və  orta  ixtisas məktəblərinin  bir  qrup  tələbələri,  idarə, müəssisə  və  təşkilatlarda  çalışan  fəal  gənclər, siyasi  partiyaların, ictimai  təşkilatların, Qeyri  Hökumət  Təşkilatlarının  nümayəndələri  iştirak  etmişlər.

            Tədbirdən  öncə  tədbir  iştirakçıları  tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət  Universitetinin tələbəsi Məmmədli Taleh Hidayət oğlunun rəsm  işlərindən  ibarət  sərgiyə  baxış  keçirilmiş,  daha sonra Heydər Əliyev Mərkəzinin muzey  bölməsində  yerləşən  Azərbaycan xalqının Ümummilli  Lideri  Heydər Əliyevin  abidəsi  önünə  gül  dəstələri  qoyulmuşdur.

           Toplantını  açıq  elan  edən  Yasamal  rayon  Gənclər və  İdman  İdarəsinin  rəisi  İlham  Səfərov  tədbir  iştirakçılarını Azərbaycan gəncləri  günü münasibəti  ilə  təbrik  etmiş  və  bildirmişdir ki,  Azərbaycan  Gənclər günü  məhz  Ümummilli  Lider  Heydər Əliyevin  şəxsi  təşəbbüsü  ilə  təsis edilmişdir. İlham Səfərov qeyd etdi ki, müvafiq fərmanın  imzalanmasından 20 ildən  artıq  bir  zaman  ötür. Bu  illər  ərzində  respublika  gəncləri  kifayət  qədər  formalaşmış və  cəmiyyətin  aparıcı  qüvvələrindən  birinə  çevrilmişdir.  Daha  sonra İlham  Səfərov  «Heydər Əliyev və dövlət gənclər siyasəti» mövzusunda  məruzə ilə  çıxış  etmişdir.

           Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində gənclərə yüksək diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin bu diqqət və qayğını uğurla davam etdirməsi nəticəsində gənclərimiz dünyanın ən nüfuzlu universitetlərində təhsil alır, yüksək ixtisaslı mütəxəssislər kimi yetişərək ölkəmizin inkişafında mühüm rol oynayırlar. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan Raqif Abbasov bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.

           Toplantıda Yeni  Azərbaycan  Partiyası  Gənclər  Birliyinin  sədri  Seymur  Orucov «Gənclərin ictimai-siyasi həyatda rolu» mövzusunda, Azərbaycan  Milli  Elmlər  Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov  «Azərbaycanın elmi gəncliyinə diqqət və qayğı dövlət siyasətinin əsası kimi» mövzusunda, Azərbaycan  Respublikasının Prezidenti yanında  Vətəndaşlara  Xidmət və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət  Agentliyinin  3 saylı  Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı Tural Nağıyev «ASAN xidmət mərkəzi kreativ gənclərin könüllü fəaliyyətinin əsası kimi» mövzusunda,  Azərbaycan  Respublikasının Prezidenti yanında  Gənclər Fondunun  əməkdaşı Ülvi Adıgözəlov «Gənclər Fondunun dövlət gənclər siyasətində rolu» mövzusunda, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin “SABAH” qrupunun II  kurs  tələbəsi  Vəfa Mürsəlzadə  «Müasir gənclik və vətənpərvərlik  tərbiyəsi»  mövzusunda  çıxışlar  etmişlər.

      Sonda AMEA-nın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Əliyeva  Nuranə  Əlislam  qızı  və  Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Tələbə Həmkarlar İttifaqı Komitəsinin  sədri  Aslanov Bayram Mirazim oğlu  rayonun  ictimai-siyasi  həyatında  fəal  iştirak  etdiyinə görə və 2  fevral-Azərbaycan Gəncləri  günü münasibəti  ilə  Yasamal  rayon  İcra  Hakimiyyətinin  fəxri fərman  və xatirə hədiyyələri ilə təltif edilmişdir. Bundan əlavə, tədbirdə müxtəlif  nominasiyalar üzrə, dövlət  gənclər  siyasətinin  həyata  keçirilməsində  göstərdiyi  səmərəli  fəaliyyətinə  görə, yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin  gücləndirilməsində göstərdiyi səmərəli  fəaliyyətinə  görə, yeniyetmə və gənclərin asudə vaxtının  səmərəli  təşkilində göstərdiyi səmərəli  fəaliyyətinə  görə  bir  qrup fəal gəncə   Yasamal  rayon  Gənclər  və İdman  İdarəsinin  təsis  etdiyi  fəxri  fərman  və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir