Xəzər rayonunda Gənclər gününə həsr olunmuş tədbir keçirildi

       Mərdəkan Mədəniyyət Sarayında Xəzər rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon Gənclər və İdman İdarəsi, YAP Xəzər rayon təşkilatı və Mərdəkan Mədəniyyət Sarayı ilə birlikdə  “2 Fevral – Аzərbaycan Gənclər Günü”nə həsr olunmuş  bayram tədbiri keçirilmişdir.
        Тədbirdə  Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəis müavini Aydın Yusifov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev , rayonun gəncləri iştirak etmişdilər. Tədbirdən öncə rayonda Gənclər siyasəti sahəsi üzrə keçirilən tədbirlər, əldə olunan nəaliyyətlər haqqında hesabat film izlənilmişdir. Rayon rəhbərliyi tərəfindən gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə göstərdikləri fəallığa və əldə etdiyi nəaliyyətlərə görə 13 nəfər gəncə fəxri diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

         Bayram tədbiri estrada ulduzlarının iştirakı ilə geniş konsert proqramı ilə davam etmişdir. Tədbirdə 300 nəfər gənc iştirak etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir