Binəqədi rayonunda 2 Fevral – Azərbaycan Gənclər Günü qeyd edilmişdir.

Binəqədi rayonunda  2 Fevral – Azərbaycan Gənclər Günü qeyd edilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi üzvləri, rayonun fəal gəncləri, 9-cu və 10-cu qrup ASAN Xidmət könüllüləri iştirak etmişlər. 

Əvvəlcə tədbirin aparıcıları 2 Fevral – Azərbaycan Gənclər Günü ilə bağlı geniş məlumat verdilər. 

Çıxış edən Cahangir Hacıyev Gənclər Günü münasibətilə gəncləri təbrik etdi və gənclərin kökünə, əcdadına bağlı milli-mənəvi dəyərlərinə sadiq, eyni zamanda tükənməz güc olduğunu söylədi. Natiq çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq dövlət gənclər siyasətinin uğurları haqqında geniş məlumat verdi.

Sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 2 Fevral – Azərbaycan Gənclər Gününün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırmışdır. Natiq ölkə başçısı tərəfindən dövlət gənclər siyasətinə qiymət verildiyini vurğulamış və bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirmişdir. 

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi olaraq bu gün Azərbaycan gəncliyinin tam müstəqil olduğunu və bu müstəqilliyə inandığını dedi. Modernləşmə xəttinin lideri olan Prezident İlham Əliyev tərəfindən təhsilli və müasir dayaqlara söykənən Azərbaycan gəncliyinin üzərində qurulmuş siyasi tempin ölkəmizin daha da inkişaf etməsinə zəmin yaradacağını söylədi. Natiq böyük tribunalarda, siyasi arenalarda, beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinə inanıldığını və bu qarşılıqlı harmoniyanın qüdrətli, müasir, güclü Azərbaycanın inkişafında böyük əhəmiyyətinin olduğunu söylədi. RİH başçısı gənclərə son 14 ildə ölkə başçısının rəhbərliyi altında dövlətimizin imza atdığı uğurlar barəsində də geniş məlumat verdi.

Çıxışlardan sonra Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edildi. 

Rəsmi hissə bitdikdən sonra gənclər tərəfindən bayram tortu kəsildi. Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir