Üzgüçülük üzrə “Qızıl balıq” Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində  üzgüçülük üzrə “Qızıl balıq”  Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 174 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə 50 m məsafəyə arxasıüstə üsulla Valeriya Vaskovskaya  (Sərhədçi), Rahib Hümbətzadə (Sərhədçi), 50 m məsafəyə sərbəst üsulla Yelizaveta Boqatıryova (Modern İOM), Əsgər Yaşar (Akvatik İK),   50 m məsafəyə batterflay üsulla Leyla Babayeva  (FS Kristal), Çingiz Fəttahov (Şüa), 100 m məsafəyə sərbəst üsulla Nikol Matyuşenko (Şüa), Oqtay Hüseynov (Şüa), 100 m məsafəyə qarışıq üsulla Valeriya Vaskovskaya  (Sərhədçi), Əsgər Yaşar (Akvatik İK), 50 m məsafəyə brass üsulla Valeriya Vaskovskaya (Sərhədçi), Beker Timur (Sərhədçi) I yerlərə layiq görülmüşlər.

            Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir