Stolüstü tennis üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xəzri İdman Klubunda  stolüstü tennis üzrə Bakı şəhər çempionatı keçirilmişdir.  Yekun nəticələrə görə oğlanlar arasında şəxsi hesabda I yerə Ramil Cəfərov (13 saylı RİOEUGTİM), qoşa yarışlarda I yerə Ramil Cəfərov – Eldar Alkov (13 saylı RİOEUGTİM),  qarışıq qoşa yarışlarda  I yerə Xalid Becanov – Səbinə Məmmədova (1 saylı RİOEUGTİM), qızlar arasında şəxsi hesabda I yerə Nəzakət Qarayeva (13 saylı RİOEUGTİM), qoşa yarışlarda I yerə Rüfət Quliyeva – Xədicə Əbilzadə (13 saylı RİOEUGTİM) layiq görülmüşlər.

        Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir