GÜLLƏ ATICILIĞI ÜZRƏ BAKI BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Atıcılıq Mərkəzində 1998 və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında  güllə atıcılığı üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

          Oğlanlar arasında keçirilən pnevmatik tapançadan  atəşaçma yarışında İmran Qarayev 563 xal toplayaraq I yeri,  Vladislav Kalmıkov 334 xal toplayaraq II yeri, Tamerlan Əliyev 529 xal toplayaraq III yeri, qızlar arasinda Nəzrin Abbaslı 529 xal toplayaraq I yeri, Zeynəb Abasova 523 xal toplayarq II yeri, Fatimə Rzayeva 502 xal toplayaraq III yeri  tutub. Pnevmatik tüfəngdən atəşaçma yarışında isə oğlanlar arasında Ramiz Xəlilov 569,2 xalla I yeri, Camal Nəcəfli 554 xalla II yeri, Murad Əhmədli 508,8 xalla III yeri, qızlar arasında isə Nəzrin Salamzadə 594,7 xalla I yeri, Rübabə Quluzadə 591,6 xalla II yeri, Zibeydə Hacıyeva 513,9 xalla III yeri tutmuşdur.

          I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir