7 saylı Cəzaçəkmə Müəssisəsində dama və şahmat turnirləri keçirilmişdir

         Penitensiar xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq dama və şahmat turnirləri keçirilmişdir.
Tədbirin rəsmi açılış mərasimində 7 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini, ədliyyə mayoru İlkin Rəhimov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Süleyman Salayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama və şahmat idman növləriü üzrə koordinator – kuratoru Salman Əbdülov və Xətai rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Əhmədli öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulamış, onlara müvəffəqiyyətlər arzulamışlar.
Olimpiya sistemi üzrə keçirilən turnirlərdə dama üzrə I yeri Eyyubov Nəriman Əlipaşa oğlu, II yeri Nəzərov Azər Mirzağa oğlu, III yeri Vəliyev Əlibala Cavad oğlu, şahmat üzrə I yeri Yusifov Şahin Fətiş oğlu, II yeri Muxtarov Xalid Əzim oğlu, III yeri Mahmudov Yaqub Əliağa oğlu tutmuşlar. Qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir