Tayboks üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

            Şağan Olimpiya İdman Kompleksində 26 Fevral Xocalı soyqırımına həsr olunmuş tayboks üzrə Bakı şəhər açıq turniri keçirilmişdir. 2003-2004-cü il (yeniyetmələr), 2000-2002-ci il (gənclər) və kişilər arasında keçirilən yarışda 162  idmançı qüvvəsini sınayıb.

         Nəticələrə görə yeniyetmələr arasında 42 kq çəkidə Xəyal Əliyev, 45 kq çəkidə Nihad Qasımov, 48 kq çəkidə Hafiz Qəfərov, 51 kq çəkidə Şahin Əliyev, 54 kq çəkidə Elçin Qasımov, 57 kq çəkidə Ceyhun Hüseynov, 60 kq çəkidə Vüsal Göyüşov, 63,5 kq çəkidə Seymur Səfərov, 67 kq çəkidə Allahverən İbrahimov, +67 kq çəkidə Arif Əliyev, gənclər arasında 45 kq çəkidə Xalif Aslanov, 48 kq çəkidə Musa Nuruzadə, 51 kq çəkidə Seyidrza Hüseynov, 54 kq çəkidə Cəmil Məmmədov, 57 kq çəkidə Rasif Dədəcanov, 60 kq çəkidə Murad mehrəliyev, 63 kq çəkidə Seymur Teymurov, 67 kq çəkidə Vüsal Əliyev, 71 kq çəlidə Rəvan Ağazadə, +71 kq çəkidə Telman Həsənov, kişilər arasında isə 54 kq çəkidə İsmayıl Səfiyev, 57 kq çəkidə Vüsal Əliyev, 60 kq çəkidə Rəvan Haşımov, 63,5 kq çəkidə Rahib Cəlilov, 67 kq çəkidə Orxan Babayev, 71 kq çəkidə Onur Şərifov, 75 kq çəkidə Fərid Quliyev, 81 kq çəkidə Nizami Əliyev, 86 kq çəkidə Nihad Şoranov, +86 kq çəkidə Rəfael Məmmədov I yeri tutmuşlar.

          Qaliblərə Baş İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir