26 Fevral Xocalı soyqırımına həsr olunmuş pençak silat üzrə Bakı şəhər turniri keçirilmişdir

          Baş İdarə tərəfindən (BŞGİBİ) Şağan Olimpiya İdman Kompleksində 26 Fevral Xocalı soyqırımına həsr olunmuş pençak silat üzrə Bakı şəhər turniri keçirilmişdir. Turnirdə 12 çəki dərəcəsi üzrə Sərhədçi İK, Sahil İK, Vətən İK, Alov İK, Nəsimi İK-nı təmsil edən idmançılar mübarizə aparmışlar. Yekun nəticələrə görə yeniyetmələr arasında (2007-2009) 24 kq çəkidə Orxan Tağıyev (Sərhədçi İK), 26 kq çəkidə Elşən Əliyev (Sahil İK), 28 kq çəkidə Rüstəm Tağıyev (Sərhədçi İK), 30 kq çəkidə Raul İsmayılzadə (Sərhədçi İK), 32 kq çəkidə Ceyhun Babayev (Sərhədçi İK), 34 kq çəkidə Emil Daşdəmirli (Sərhədçi İK), 36 kq çəkidə Ələddin Həsənov (Nəsimi İK), 38 kq çəkidə Fərid İsgəndərli (Nəsimi İK), 40 kq çəkidə Nurlan Vəlieyev (Alov İK), 42 kq çəkidə Elnur Həsənli (Nəsimi İK), 44 kq çəkidə Ağa Orucov (Nəsimi İK), 48 kq çəkidə Rəvan Yusifli (Alov İK), +48 kq çəkidə Fəxri Rəhimli (Sahil İK), gənclər arasında (2000-2003) 42 kq çəkidə Tuncay Tarverdiyev (Sərhədçi İK), 45 kq çəkidə Elşən Əsgərov (Alov İK), 48 kq çəkidə Rəvan Abdullazadə (Sahil İK), 51 kq çəkidə Rəmzi Rəhimli (Sahil İK), 54 kq çəkidə Əli Şahmalıyev (Sərhədçi İK), 57 kq çəkidə Nurlan Nəsirli (Alov İK), 60 kq çəkidə Babək Firudinli (Alov İK), 63 kq çəkidə Nicat Mirzəliyev (Sahil İK), 66 kq çəkidə Murad Mamedov (Sərhədçi İK), 69 kq çəkidə Məhəmməd Əhmədov (Vətən İK), 72 kq çəkidə Ülfət Firudinli (Alov İK), +72 kq çəkidə Xəyal Cabbarov (Alov İK) I yerə layiq görülmüşlər.

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qaliblərə müvafiq dərəcəli diplom və medallar təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir