Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində 2004-2005-cı il təvəllüdlü idmançılar arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 11 çəki dərəcəsi üzrə 145 nəfər idmançı mübarizə aparmışdır.

         Yekun nəticələrə əsasən  yarışda 32 kq çəki dərəcəsində I yerə Ziyəddin Zeynallı (6№-li İOEUGİM), 35 kq çəki dərəcəsində I yerə Nicat İsmayılov (Neftçi İKİB), 38 kq çəki dərəcəsində I yerə Əhməd Ağayev(Neftçi İKİB), 42 kq çəki dərəcəsində I yerə Taryel Şıxəliyev (10№-li UGİM), 46 kq çəki dərəcəsində I yerə Kənan Həsənov (10№-li UGİM), 50 kq çəki dərəcəsində I yerə Musaxan Gülməmmədov (10№-li UGİM), 54 kq çəki dərəcəsində I yerə Sadiq Zeynallı (6№-li İOEUGİM), 59 kq çəki dərəcəsində I yerə Zahid Səfərzadə (Pəhləvan İK), 65 kq çəki dərəcəsində I yerə Nihad Şeyxov (10№-li UGİM), 71 kq çəki dərəcəsində I yerə İsmayıl Kamilov (Yasamal-Sambo İK), +71 kq çəki dərəcəsində I yerə Orxan Məcidli (6№-li İOEUGİM)  layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir