Məktəblilər üçün Milli Məclisə ekskursiya təşkil olundu

        Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi  ilə əlaqədar olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 20 nomrəli məktəb-liseyin bir qrup şagirdi, müəllimi və  valideynlərinin iştirakı ilə Milli Məclisə ekskursiya təşkil edilmişdir.

     Tədbirin məqsədi  şagirdləri Azərbaycan Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir.

     Məktəblilər Heydər Əliyev xatirə zalı, Plenar iclas zalı və digər görüş zalları ilə tanış olublar. Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri İlkin Məmmədov Milli Məclisin  fəaliyyəti ilə bağlı şagirdlərə geniş məlumat verərək onların suallarını cavablandırıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir