Sabunçu rayon məktəbləri arasında şahin hərbi idman oyunu keçirilmişdir.

        16-17 aprel 2018 – ci il tarixlərdə Bakı Olimpiya stadionunda Sabunçu rayon məktəbləri arasında şahin hərbi idman oyunu keçirilmişdir. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon Fövqəladə Hallar Nazirliyinin yerli İdarəsinin rəisi polkovnik leytenant Əlisalam Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidməti İdarəsinin rəis müavini polkovnik leytenant Hüseyn Quliyev iştirak etmişlər.

        Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlamışdır.  Yarışda şahinlər müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdirmişlər.  Nəticələrə görə I yerə 142 saylı orta məktəb, II yerə 148 saylı orta məktəb, III yerə 309 saylı orta məktəb layiq görülmüşlər.

     Tədbirin açılışında çıxış edən qonaqlar Azərbaycanın hərbi qüdrətindən, dövlətin və prezidentin ordu quruculuğuna verdiyi dəstəkdən və bu günləri orduda xidmət etmənin hər bir vətəndaşın borcu olmasından söz açmış, gənc məktəblilərə uğurlar arzulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir