BİNƏQƏDİ RAYONUNDA QALİBLƏR MÜKAFATLANDIRILDI

             Binəqədi rayonu 244 nömrəli tam orta məktəbdə payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında ikinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Binəqədi raronu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov, Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasov, qalib komandanın üzvləri iştirak etmişlər. Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

             Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir