“Tələbə Kuboku” mini futbol üzrə rayon turnirinin final oyunu keçirilib.

           Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

              Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.
Qeyd edək ki, turnirdə  Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Avrasiya Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, ADA Universitetinin, Təfəkkür Universitetinin, Odlar Yurdu Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin,  Azərbaycan Dillər Universitetinin, Bakı Humanitar Kollecin, Bakı İdarəetmə və Texnologiya Kollecinin komandaları  iştirak etmişdir.
Turnirdə I yeri Azərbaycan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, II yeri ADA Universitetinin komandası, III yeri isə Azərbaycan Turizm və Menecment Universitetinin komandası tutmuşdur.

                   Qalib komandalar təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, kubok, medallar və hədiyyələr ilə təltif edilmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir