Seibukai kontakt karate üzrə baki şəhər açiq turniri keçirilmişdir.

        Balaxani idman mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasinin 95 illik yubileyinə həsr olunmuş seibukai kontakt karate üzrə baki şəhər açiq turniri keçirilmişdir. Yarişin rəsmi açiliş mərasimində Baki şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi salman əbdülov, seibukai kontakt karate idman klubunun prezidenti elçin həşimov və seibukai kontakt karate idman klubunun fəxri üzvü arif əsədov iştirakçilari salamlamiş, onlara müvəffəqiyyətlər arzulamişlar. Müxtəlif yaş qruplarina uyğun 30 çəki dərəcəsi üzrə keçirilən yarişda bakida fəaliyyət göstərən klublarla yanaşi lerik rayonunu da təmsil edən 150-dən artiq idmançi iştirak etmişdir.

            Sonda hər bir çəki dərəcəsi üzrə qalib idmançilar Baş İdarə və idman klubu tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir