Qılıncoynatma üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən Azərbaycan Texniki Universitetinin  idman zalında qılıncoynatma üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

           Yarışda şpaqa növü üzrə qadınlar arasında I yerə Ülkər Hümbətli (7 №li İOEUGİM), sablya növü üzrə I yerə Sevinc Bünyatova (Neftçi İKİB ), rapira növü üzrə I yerə Elmira Xudaverdiyeva (BOS )layiq görülmüşlər.
Çempionatda kişilər arasında şpaqa növü üzrə I yerə Barat Quliyev (Təhsil RİM),  sablya növü üzrə I yerə Cavanşir Ağakişiyev (Neftçi İKİB),  layiq görülmüşlər.

         Yarışda  I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir