Kamandan oxatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Lokomotiv İC-də 1999-2001, 2002-2004,2005-ci il təvəllüdlü oğlanlar və qızlar arasında örtülü salonda kamandan oxatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Məhsul, Spartak və Lokomotiv idman cəmiyyətlərini təmsil edən  53 nəfər idmançı mübarizə aparmışdır.

            Nəticələrə görə 1999-2001-ci il təvəllüdlülər arasında I yerə Fuad Allahverdiyev, II yerə Seymur Babayev, III yerə Əhməd Hüseynov, 2002-2004-cü il təvəllüdlülər arasında I yerə Muhammədəli  Əlyev, II yerə Sahib Abilov, III yerə Fərid Talıbzadə, 2005-ci il təvəllüdlülər arasında I yerə Teymur Kərimov, II yerə Əli Süleymanov, III yerə İsmayıl Rzabəyov,1999-2001-ci il təvəllüdlü qızlar arasında isə I yerə Ozay Qasımova, II yerə Solmaz İbadova, III yerə Amaliya Çumayeva, 2002-2004-cü  il təvəllüdlülər arasında I yerə Hökümə Əhmədova, II yerə Nəzrin Zamanova, III yerə Xədicə Vəlizadə, 2005-ci il  təvəllüdlülər arasında I yerə Ayna Həsənova, II yerə Sona İbrahimova, III yerə Kamilla  Vəlibəyova  layiq görülmüşlər.

             Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir