Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 10 çəki dərəcəsi üzrə 137 nəfər idmançı mübarizə aparmışdır.

         Yekun nəticələrə əsasən  yarışda 48 kq çəki dərəcəsində I yerə Kənan Zeynallı  (Zenit İK), 52 kq çəki dərəcəsində I yerə Sahib Babayev (Neftçi İKİB), 56 kq çəki dərəcəsində I yerə Elvin Əliyev (Yasamal İK), 60 kq çəki dərəcəsində I yerə Kənan Rüstəmli (Neftçi İKİB), 65  kq çəki dərəcəsində I yerə İlkin Şəkiyev (Zirvə İK), 70 kq çəki dərəcəsində I yerə Təbriz Səyyadov (Yasamal-Sambo İK), 75 kq çəki dərəcəsində I yerə Ağami Məmmədov (Neftçi İKİB), 81 kq çəki dərəcəsində I yerə Cahangir Məmmədov (6 saylı İOEUGİM), 87 kq çəki dərəcəsində I yerə kənan İsgəndərli (9 saylı UGİM), +87 çəki dərəcəsində I yerə Orxan Məcidli (6 saylı İOEUGİM) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir