Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

          Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində  2004-2005-ci il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Təhsil -1, Təhsil -5,  Məhsul İC, Spartak İC, Ümid İK, Atletika İK, RBTİM-nı təmsil edən 98 nəfər idmançı mübarizə aparmışdır.

        Yekun nəticələrə əsasən qızlar arasında yadro itələmə növündə I yerə Aysun Əhmədova (Neftçi İKİB),  üçtəkanla tullanmada  I yerə Aysel Mexralıyeva (Təhsil-5), 60 m məsafədə qaçış Emiliya Eyyubova (Ümid İK), 600 m məsafədə qaçış Lamiyə Əsgərova (Təhsil-5), 3oo m məsafədə I yerə Samirə Cəbrayılzadə (Təhsil-5), uzunluğa tullanmada I yerə Həmidə Hüseynzadə (RBTİM), oğlanlar arasında isə uzunluğa tullanmada I yerə Kəskin Abbaszadə (Təhsil-5), 60 m məsafədə I yerə Kəsgin Abbaszadə (Təhsil-5), 300 m məsafədə I yerə İbrahim Orucov (Təhsil-1), 600 m məsafədə I yerə İbrahim Orucov (Təhsil-1), 1000 m məsafədə I yerə Cavid Zeynallı (Təhsil-1), yadro itələmə  növü üzrə I yerə Şakir Azakov (Təhsil-1), üçtəkanla tullanmada I yerə  Emil İlyasov (Ümid İK), estafet qaçışı 4×200 m-də Təhsil-1 I yerə  layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir