Güləş üzrə Bakı birinciliyi start götürüb

       Abşeron Olimpiya İdman  Kompleksində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında  sərbəst və yunan-roma güləşi üzrə Bakı birinciliyi start götürüb. İlk yarış günündə yunan-roma güləşi üzrə 7 çəki dərəcəsində 170 yeniyetmə pəhləvan mübarizə aparıb. Günün sonuna kimi yarışın ən güclüləri müəyyənləşəcək.

       Qeyd edək ki, yarışlar yanvarın 26-na kimi davam edəcək. Sabah günün ikinci yarısında sərbəst güləş üzrə yeniyetmələr öz qüvvələrini sınayacaqlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir