Şotokan karate-do üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

     Şotokan karate-do üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. 6 №-li İOEUGİM-də keçirilən yarışda ümumilikdə 133 idmançı birincilik uğrunda mübarizə aparmışdır.

     Yarışın nəticələrinə görə, 10-11 yaş qrupu üzrə Rəşid Məstəliyev, Ayxan Mollayev, İsmayıl Nəzərov, Fərəc Əliyev, 12-13 yaş üzrə Fariz Şahbazov, Rəsul Abbasov, Məhəmməd Xamoyev, Əli Hacıyev, 14-15 yaşda  Oruc Süleymanlı, Hüseyn Məmmədli, Azər Tapdıqlı, İsmayıl Məhəbbətli, Osman Osmanov, 16-17 yaş üzrə Rüfət İskəndərov, Nuran Rzazadə, Məhəmməd Məmmədov, Fərid Şahbazlı,  Musa Sarıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yarışda ilk üç yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir