ADMİU-da 2015-ci il Bakıda keçiriləcək I Avropa oyunlarına həsr olunmuş tədbir keçirilmişdir.

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2015-ci il Bakıda keçiriləcək I Avropa oyunlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ADMİU-nun elmi və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Xoreqrafiya sənəti və səhnə plastikası” kafedrasının professoru, Milli Olimpiya Komitəsinin üzvü Ağayusif Qurbanov, Azərbaycanin idman şərəfini ləyaqətlə təmsil edən idmançı və mütəxəssizlər iştitak etmişlər.

     Tədbiri giriş sözü ilə açan ADMİU-nun elmi və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə qonaqları salamlamış,  dövlətimizin təhsilə, gəncliyə xüsusi qayğısından və universitetin  fəaliyyəti, gördüyü işlər barəsində ümumi məlumat vermişdr.
    Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərimizin cəmiyyətin həyatında, bütün sahələırdə fəallıq göstərdiklərini, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanların ardıcıl və müntəzəm xarakter daşıdığını vurğulamışdılar. Daha sonra Raqif Abbasov 2015-ci il Bakıda keçiriləcək I Avropa oyunları haqqında demişdir: ” Ölkəyə gətiriləcək birinci olimpiya oyunları Azərbaycanı əyani olaraq görmək üçün minlərlə insana bir fürsət olacaq. Digər tərəfdən, Azərbaycanın idman modeli nümunəsinin öyrənilməsinə şərait yaradacaq. Azərbaycanda dövlətin idman siyasətinə, sağlam həyat tərzinə verdiyi dəyərin yaxından təhlil edilməsinə şərait yaradılacaq. Ölkəmizin dünyaya daha yaxşı tanıtımı üçün və qitə olimpiya oyunları ilə yanaşı, dünya olimpiya oyunlarının Azərbaycana gətirilməsi üçün də bu, bir fürsət olacaq. Azərbaycanda fərdi idman növlərində ayrı-ayrı keçirilmiş yarışların təcrübəsinə müsbət təsir göstərəcək, kompleks idman yarışı təcrübəsinin də artırılmasına səbəb olacaq. Yeni insan kütləsinin ölkəyə gəlməsinə səbəb olacaq.  Ən nəhayət olimpiya oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin tolerantlılığını, tarixini, iqtisadi gücünü, xalqın yaşam tərzini bir daha dünyaya nümayiş etdirəcək.”
 Tədbirin sonunda təhsilində və ictimai fəaliyyətində fərqlənmiş bir qrup tələbələr fəxri fəman və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort