Aerobika gimnastikası üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Bakı şəhər  çempionatı keçirilmişdir. Yekun nəticələrə görə 9-11 yaş qrupu (qızlar) arasında I yerə Ayan Əliyeva, II yerə Dilarə Qurbanova, III yerə Sənəm Kazımova, 7-8 yaş qrupu  (qızlar) arasında I yerə Evelina Kozlovskaya, II yerə Məryəm Topçubaşova, III yerə Fidan İbrahimova,  (üçlük) arasında I yerə Evelina Kozlovskaya, Məryəm Topçubaşova, Fidan İbrahimova, II yerə Sara Hüseynova, Zeynəb Məmmədli, Aylin Məmmədova, III yerə Elza Kərimli, Leyla Əliyeva,  Xədicə Əsgərzadə,  böyüklər arasında  (kişilər)  I yerə Vladimir Dolmatov, (cütlük )  I yerə Nərminə Hüseynova, Elçin Məmmədov, (üçlük) I yerə Vladimir Dolmatov, Elçin Məmmədov, Emil Quliyev layiq görülmüşlər.

   I, II və III yerə çıxmış idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.