Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər IX açıq turniri keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-nin atıcılıq tirlərində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər IX açıq turniri keçirilmişdir. Turnirdə “Spartak” İC, “Neftçi” İSM və “DİN” İC-ni təmsil edən 33 idmançı iştirak etmişdir.

  Nəticələrə görə qadınlar arasında PT-3 hərəkəti üzrə  Mönsümova Mehriban (Neftçi İSM), PTÇ-2 hərəkəti üzrə Mehdiyeva Ziba (Spartak İC), KÇTÇ-2 hərəkəti üzrə  Səmədova Nərminə (“Neftçi” İSM), kişilər arasında PT-4 hərəkəti üzrə  Hüseynov Əliməmməd (“Spartak” İC), PTÇ-3 hərəkəti üzrə Lunyov Ruslan (“Neftçi” İSM), KÇTÇ-4 hərəkəti üzrə Məmmədov Rəsul (“Neftçi” İSM) I yerlərə layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.