Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XII Bakı şəhər açıq turniri keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Atıcılıq Mərkəzində  akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XII Bakı şəhər açıq turniri keçirilmişdir. Turnirdə Neftçi İKİB, Spartak İC, DİN İC, RSAİM-ini təmsil edən 53 idmançı (onlardan 22-si qadın) mübarizə aparmışdır.

   Nəticələrə görə qadınlar arasında PT-3 hərəkəti üzrə I yerə Jalə Bayramova (Spartak İC),  PTÇ-2 hərəkəti üzrə I yerə  Nigar Nəsirova  (DİN İC),  KÇTÇ-3 hərəkəti üzrə I yerə Nigar Nəsirova (DİN İC), kişilər arasında PT-4 hərəkəti üzrə I yerə Camal Nəcəfli (Spartak İC),  PTÇ-3 hərəkəti üzrə I yerə Ruslan Lunyov  (Neftçi İKİB),  KÇTÇ-4 hərəkəti üzrə I yerə Rəhim Rəhimli (DİN İC) layiq görülmüşlər.

    I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.