Akrobatika Gimnastikası üzrə Bakı Birinciliyi və İdman Gimnastikası üzrə Bakı Çempionatı keçirilmişdir

           Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə  Bakı çempionatı keçirilmişdir. İki gün keçirilən turnirə ilk olaraq idman gimnastları start vermişlər. İştirakçılar yarışlar ərzində “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar”, “balacalar” və “kiçiklər” yaş kateqoriyasında medallar uğrunda mübarizə aparmışlar. Nəticələrə əsasən yeniyetmə yaş kateqoriyası üzrə (kişilər) I yerə Fərhad Şepelev , II yerə Riyad Səfərov, III yerə Adil Paşayev, qadınlar arasında I yerə Nazənin Teymurova, II yerə Mətyəm Musayeva, III yerə Aliyə Rüstəmova, gənclər yaş kateqoriyası üzrə I yerə Səməd Məmmədli, II yerə Əhməd Rüstəm, III yerə Anar Həsənov, böyük yaş kateqoriyası üzrə I yerə İvan Tixonov, II yerə Murad Ağarzayev, III yerə Ağamurad Qəhrəmanov layiq görülmüşlər.

              Akrobatlar isə “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış etmişlər. Nəticələrə əsasən balacalar yaş kateqoriyasında   I yerə Leyla Nuriyeva-Nigar Sokoviç, uşaqlar yaş kateqoriyasında I yerə Nəzrin Qasımova-Şəms Əmənova,  yeniyetmə yaş kateqoriyasında I yerə Emiliya Xəlilova-Samirə Rüstəmova layiq görülmüşlər.

                  Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.

a30i3174