Akrobatika və Batut gimnastikası üzrə Bakı birinciliyi keçirilib.

        Baş İdarə və Azərbaycan Gimnastika Federasiyası tərəfindən Ocaq Sport Klubu 1-in zalında Akrobatika və Batut gimnastikası üzrə  Bakı birinciliyi keçirilib.

       2 günlük birgə gimnastika yarışlarında Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Neftçi İdman Klubu, Ocaq Sport Klubu və bu klubun Şabran filialının təmsilçiləri iştirak ediblər.

       Turnirə ilk öncə akrobatlar start verib. Ümumilikdə 25 qadın cütlükləri, kişi cütlükləri, qadın qrupları, kişi qrupları və qarışıq cütlüklər balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında mübarizə aparıblar. Akrobat gimnastikası üzrə qadın qrupu  balacalar arasında I yerə Məryəm Qurbanova, Aytac Ramazanova, Aysu Bayramlı (İOEUGİM), yeniyetmələr arasında Aylan Babaşova, Aida Babaşova, Nərmin Mirzəyeva (BGM), qadın cütlüyü Balacalar arasında I yerə Ləman Cəfərova, Məryəm Məmmədova (Ocaq), qarışıq cütlük yeniyetmələr arasında Sabir Ağayev, Milana Əliyeva (BGM)  layiq görülmüşlər.

     Yarışların ikinci günü isə akrobatlar meydançanı batutçularla bölüşüb. Batutçular balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında ən güclüləri müəyyənləşdiriblər. Batut gimnastikası üzrə fərdi kişilərdə balacalar arasında Fərhad Mustafayev (BGM), uşaqlar arasında Ammar Baxşalıyev (BGM), fərdı qadınlarda uşaqlar arasında Şəfiqə Hümbətova (BGM) I yerə layiq görülmüşlər.

        İki gün boyunca davam edən turnirin sonunda qaliblərə və xal hesabı ilə fərqlənmiş gimnastlara mükafatlar təqdim olunub.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort