Aprel Şəhidlərinin xatirəsinə həsr edilmiş badminton üzrə turnir keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Nəsimi rayon Gənclər və İdman İdarəsi və “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında Aprel Şəhidlərinin əziz xatirəsinə həsr edilmiş badminton üzrə turnir keçirilib.

Turnirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Cəlil Əlizadə, “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov və Azərbaycan Badminton Federasiyasının Vitse prezidenti Mirzə Orucov iştirak edib. 14 oğlan və 12 qız arasında keçirilən turnirdə Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət İqtisad Univeristetinin badmintonçu tələbələri öz güclərini sınayıblar.

Yarışın nəticələrinə görə qızlar arasında Gilsha Sharmeela I, Ülkər Məmmədova II, Amuliya P.Raj III, oğlanlar arasında isə Norman Arshad I, Alvin Sayı II, Thomas Tose III yerə layiq görülüblər. Qaliblər müvafiq dərəcəli diplom və medallarla ilə təltif olunublar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort