Atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir

  Bakı Cıdır Meydanında atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 9 nəfər idmançı 9 ədəd atla iştirak etmişdir. Yarışlar 2 proqram üzrə — 100 – 120 sm və 120 – 140 sm hündürlüklərə tullanmaqla maneələrin dəf edilməsi üzrə keçirilmişdir. 100 – 120 sm hündürlüyə tullanmaq üzrə yarışda I yeri Əliverdiyev Səməd (Samur ləqəbli atla), II yeri Hümbətov Rüstəm (Voltram ləqəbli atla), III yeri Məmmədov Hüseyn (Voltram ləqəbli atla), 120 – 140 sm hündürlüyə tullanmaq üzrə yarışda I yeri Hümbətov Rüstəm (Cerry Sanders ləqəbli atla), II yeri Qəhrəmanlı Cavidan (Platin E ləqəbli atla), III yeri Hümbətov Rüstəm (Voltram ləqəbli atla) tutmuşlar. Yarışın sonunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və RAMBİOEUGİM-nin direktoru Kərim Zamanov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.