Atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Atçılıq Federasiyası tərəfindən Bakı Cıdır Meydanında atçılıq idmanı (maneələri dəfetmə) üzrə Bakı şəhər çempionatı keçirilmişdir. 100 – 110 sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda I yeri Lorio adlı atla Balahuseynov Anar, II yeri Miss Con Air adlı atla Anneliese Prag, III yeri Misir adlı atla Novruzov Kənan, 135 sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda I yeri Vudi adlı atla Abdullayev Elmar, II yeri Uterusa adlı atla Abdullayev Kərim və III yeri Concorde adlı atla Novruzov Kənan tutmuşlar. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif edilmişlər.