
Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində 1998-99 və 2002-2003-cü il təvəllüdlü öglanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Təhsil RİM, Məhsul İC, Ümid İK, Atletika İK, Spartak İC, Respublika Olimpiya Mərkəzi (ROM), Bakı şəhəri üzrə Təhsil İdarəsi (BTİ)-ni təmsil edən 201 nəfər idmançı mübarizə aparmışdır.
1998-99 -cu il təvəllüdlü qızıar arasında 800 m məsafədə I yerəAynur Əsadzadə (Ümid İK), 200 m məsafədə I yerə Günel Əliyeva (Ümid İK), 400 m məsafədə I yerə Özləm Əmiraslanova (Təhsil RİM), 60 m məsafədə I yerə Yelena Pextireva (Atletika İK), 1500 m məsafədə I yerə Natəvan Etibarova (Təhsil RİM), uzunluğa tullanmada I yerə Yelena Pextireva (Atletika-BTİ), oğlanlar arasında üçtəkanla tullanmada I yerə Səid Nəcəfzadə (Ümid İK), 1500 m məsafədə I yerə Həmid Məmmədzadə (Məhsul İC), 400 m məsafədə I yerə İlham Abışov (BTİ), 800 m məsafədə I yerə Turan Emrəliyev (Təhsil RİM), 3000 m məsafədə I yerə Nail Rzayev (Məhsul İC), 200 m məsafədə I yerə Sabir Talıblı (BTİ), 60 m məsafədə I yerə Ramiz Məlikov (BTİ), yadro növü üzrə I yerə Nurəhməd Babayev (Təhsil RİM), uzunluğa tullanmada I yerə Yadulla İbrahimov (BTİ), hündürlüyə tullanmada Toğrul Abdullayev (BTİ) I yerə layiq görülmüşlər.
2002-2003-cü il təvəllüdlü qızlar arasında I yerə 60 m məsafədə sədlərlə qaçışda Ayana Seyuşova (BTİ), hündürlüyə tullanmada I yerə Sabrina Zralova (BTİ), 800 m məsafədə I yerə Aydan Əliyeva(BTİ), uzunluğa tullanmada I yerə Fəxriyyə Tağızadə (Ümid İK), 200 m məsafədə I yerə Lamiyə Vəliyeva (BTİ), 400 m məsafədə I yerə Nika Məmmədova (BTİ), 60 m məsafədə I yerə Fəxriyyə Tağızadə (Atletika İK), yadro növü üzrə I yerə Günel Hüseynova (Təhsil RİM), oğlanlar arasında 800 m məsafədə I yerə Nadir Əliyev (BTİ), uzunluğa tullanmada I yerə Çingiz İsrafilov (BTİ-Atletika), hündürlüyə tullanmada I yerə Aydın Bədəlov (BTİ), 200 m məsafədə I yerə (Teymur Salahzadə (BTİ), 1500 m məsafədə I yerə Nadir Əliyev (BTİ), 400 m məsafədə I yerə Teymur Salahzadə (BTİ), 60 m məsafədə I yerə Tural Məmmədov (BTİ), yadro növü üzrə I yerə Yusif Nəzərov (BTİ), üçtəkanla tullanmada Çingiz İsrafilov (Atletika İK) I yerə layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.