Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

              Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Respublika Olimpiya Mərkəzində   2005-2006-cı il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Təhsil -1, Təhsil -5,  Məhsul İC, Ümid İK, Rekord İK-nı təmsil edən 115 nəfər idmançı mübarizə aparmışdır.

              Yekun nəticələrə əsasən qızlar arasında yadro  növündə I yerə Səkinə Hacızadə (Ümid İK),  60 m məsafədə I yerə Mələk Tağızadə (Təhsil -5),  3oo m məsafədə I yerə Mələk Tağəzadə (Təhsil-5), 600 m məsafədə qaçış Tutuxanım İsrafilova (Rekord İK),  1000 m məsafədə I yerə İlahə Quliyeva (Təhsil-5), uzunluğa tullanmada I yerə Veronika Andropova (Təhsil-5), hündürlüyə tullanmada I yerə Ləman Məmmədova (Təhsil-5), 4×200 m məsafədə  I yerə Təhsil-5 komandası, oğlanlar arasında isə uzunluğa tullanmada I yerə Mərdan Mustafazadə (Rekord İK), 60 m məsafədə I yerə Murad Babazadə (Ümid İK), 300 m məsafədə I yerə Elcan Cəfərov (Təhsil-5), 600 m məsafədə I yerə Səid Səfərli (Məhsul İC),  1000 m məsafədə I yerə Səid Səfərli (Məhsul İC), yadro itələmə  növü üzrə I yerə Şakir Azakov (Təhsil-1), hündürlüyə tullanmada I yerə  Yusif Abdullayev (Təhsil-5), 4×200 m məsafədə I yerə  Təhsil RİM-5  layiq görülmüşlər.

                      I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort