Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən T.Bəhramov adına stadionda 1996-97-ci il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İSM, Təhsil RİM, Məhsul İC, Spartak İC, BTİ, Atletika İK və Ümid İK-nı təmsil edən 115 nəfər idmançı (43 nəfər qız) iştirak etmişdir . Oğlanlar arasında 1500 m məsafədə I yerə Aranoviç Andrey (Məhsul İC), 400 m məsafədə I yerə İsmayılov Ağaismayıl (Neftçi İSM), 100 m məsafədə I yerə Məmmədov Vəli (BTİ), 200 m məsafədə I yerə İsmayıiov Ağaismayıl (Neftçi İSM), 800 m məsafədə I yerə Əliyev Zaur (Təhsil RİM), uzunluğa tullanmada I yerə Babayev Nazim (BTİ), yadro uzrə I yerə Babayev Həsən (Təhsil RİM), qızlar arasında isə I yerə 400 m məsafədə Zəhrəddinova Yana (Məhsul İC), 100 m məsafədə I yerə Lipina Valeriya (BTİ), 200 m məsafədə I yerə Məmmədova Nərminə (Ümid İK), 800 m məsafədə I yerə Zəhrəddinova Yana (Məhsul İC), uzunluğa tullanmada I yerə Fərhadova Ofeliya (BTİ), yadro üzrə I yerə Məmmədli Nərmin (Təhsil RİM) layiq görülmüşlər.

I, II və III yeri yutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.