Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində  atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Neftçi İKİB, Təhsil RİM,  Spartak İC, BTİ-nin 5 saylı İOEUGİM, Məhsul İC, Atletika İK və Ümid İK-nı təmsil edən 115 nəfər idmançı  iştirak etmişdir . Kişilər arasında üçtəkanla tullanmadaBabayev Nazim (Neftçi İKİB), 400 m məsafədə İbrahimov Hakim (Neftçi İKİB),  şüvüllə tullanmada Əlizadə Şimşək (Neftçi İKİB),  300o m məsafədəAranoviç Andrey (Məhsul İC), uzunluğa tullanmada Əliyev Kamil (Neftçi İKİB), yadro növü üzrə Məmmədov Tofiq (Təhsil RİM), 200 m məsafədə Əsgərov Kamran (BTİ), 1500 m məsafədə Bağırov Tofiq (Təhsil RİM), 60 m məsafədəAğazadə Pərviz (AAF), 60 m məsafəyə sədlərlə qaçış Məmmədov Rahib (Ümid İK), qadınlar arasında isə 1500 m məsafədə Hacıyeva Aidə (Neftçi İKİB),  400 m məsafədəMəmmədova Adilə (Spartak İC), 60 m məsafədə  Balyanina Valeriya (Neftçi İKİB),  yadro növü üzrə Ələsgərova Elnarə (Təhsil RİM),  800 m məsafədə Rəcəbli Rəqsanə (BTİ) I yerlərə layiq görülmüşlər.

      I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.