Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

     Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Neftçi İKİB, Təhsil RİM, Məhsul İC, Ümid İK, Atletika İK, Spartak İC, RBTİM, Rekord İK, Gömrükçü İSM, 5№li İOEUGİM-i təmsil edən 110 nəfər  idmançı mübarizə aparmışdır.

        Nəticələrə görə qadınlar arasında keçirilən yarışda   400 m məsafədə Lamiyə Vəliyeva (Təhsil RİM), 60 m məsafədə Zəkiyyə Həsənova (Neftçi İKİB),   üçtəkanla tullanmada Sabrina Zralova (Təhsil RİM), 1500 m məsafədə Kader Əlimova  (Ümid İK) I yerə layıq görülmüşlər.

       Kişilər arasında isə  1500 m məsafədə Elman Abışov (Təhsil RİM), 400 m məsafədə Teymur Salahzadə (Təhsil RİM), 60 m məsafədə Nazim Babayev (Neftçi İKİB), 60 m məsafədə Zeynal Misgərli (Neftçi İKİB), hündürlüyə tullanmada Heybət Salayev (5№li İOEUGİM),  üçtəkanla tullanmada Nazim Babayev (Neftçi İKİB) I yerə layiq görülmüşlər.

           I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.