Atletika üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur

    Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.Çempionatda Neftçi İKİB, Təhsil RİM, Məhsul İC, Ümid İK, Atletika İK, Spartak İC, Respublika Olimpiya Mərkəzi (ROM), Bakı şəhəri üzrə Təhsil İdarəsi (BTİ)-ni təmsil edən  108 nəfər idmançı mübarizə aparmışdır.

     Nəticələrə görə qadınlar arasında keçirilən yarışda 800 m məsafədə Rəqsanə Rəcəbli (BTİ), hündürlüyə tullanmada Aleksandra Biryukova (Neftçi İKİB), uzunluğa tullanmada Yekaterina Sarıyeva (Atletika İK), 200 m məsafədə Zəkiyyə Həsənova (Neftçi İKİB), 400 m məsafədə Lidiya Salehova (Nrftçi İKİB),60 m məsafədə Nazan Əzməmmədli (DİN), üçtəkanla tullanmada Yekaterina Sarıyeva (Atletika İK), yadro itələmə növü üzrə Günel Hüseynova (Təhsil RİM) I yerə layıq görülmüşlər.

   Kişilər arasında isə 3000 m məsafədə Nail Rzayev (Məhsul İC), 1500 m məsafədə Elman Abışov (Təhsil RİM), 400 m məsafədə Hakim İbrahimov (Neftçi İKİB), 800 m məsafədə Dmitriy Varlamov (Təhsil RİM), 200 m məsafədə Ramiz Məlikov (BTİ), 60 m məsafədə Pavel Setin (Ümid İK), hündürlüyə tullanmada Azər Əhmədov (Neftçi İKİB), uzunluğa tullanmada Yadulla İbrahimov (BTİ), üçtəkanla tullanmada Səid Nəcəfzadə (Ümid İK), yadro itələmə növü üzrə Tofiq Məmmədov (Təhsil RİM) I yerə layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort