Avropa birinciliyində uğurla çıxış edən kiçik yaşlı idmançımızla görüş keçirildi

      Estoniyanın paytaxtı Tallində taekvondo üzrə kiçik yaşlı yeniyetmələr arasında Avropa birinciliyində uğurla çıxış edən Sabir Məmmədli (27 kq) və məşqçisi, Avropa çempionu İlkin Şahbazov ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.
      Baş İdarənin rəisi Raqif Abbasov yarışda qazandığı uğur münasibətilə Sabir Məmmədlini təbrik edib, onun bu nailiyyətini yüksək qiymətləndirib.
      Baş İdarə tərəfindən Sabir Məmmədli və onun məşqçisinə diplom təqdim olunub.
      Beynəlxalq turnirdə Sabir Məmmədli (27 kq) Serbiya və Ukrayna təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb. Yalnız finalda Ukraynanın digər idmançısına məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort