Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədr və idarə heyətinin seçkiləri keçirildi.

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədr və idarə heyətinin  seçkiləri keçirildi. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun iştirak etdiyi seçkidə Tələbə Gənclər Təşkilatının sədrliyinə irəli sürülən  namizədlərdən səs çoxluğu ilə coğrafiya fakültəsinin III kurs tələbəsi Sahil Qələndərov qalib gələrək, TGT-nin sədri seçildi.

Tələbələrin özünün idarəetmə orqanı olan Tələbə Gənclər Təşkilatının respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında fəal iştirakını vurgulayan ADPU-nun tərbiyə işləri üzrə prorektoru Rafiq Baxşəliyev universitetin  bu istiqamətdəki işini müsbət dəyərləndirdi.

TGT-nin sədr və idarə heyətinin seçilmiş yeni üzvləri tələbələrin hüquqlarını qoruması, potensialının aşkarlaması, tələbə şəbəkəsi ilə əhatəsinin genişləndirilməsi,  onların asudə vaxtının təşkilində və ixtisaslarının təkmilləşdirilməsində var gücü ilə fəaliyyət göstərəcəklərini bildirdilər.