Azərbaycan gəncliyi aparıcı qüvvədir – MÜSAHİBƏ

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Bildiyimiz kimi artıq 2022-ci ilə qədəm qoymuşuq. Ölkənin gənclər və idman sahəsində hansı işlər görülür? Biz bu sahədə hansı uğurlar, nailiyyətlər əldə etmişik?

– Biz 2021-ci ili post-pandemiya dövrünün nisbətən yumşaldığı bir dövrdə idman göstəricilərinin yaxşılaşdırılması ilə başladıq. Bildiyimiz kimi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yeni rəhbərinin kadr islahatları davam etdirilir. Bir çox federasiyalarda yenidən seçkilər keçirildi. Seçkilərin keçirilməsi ilə yanaşı olimpiya idman növləri üzrə federasiyalar öz strateji baxışlarını bildirdilər. Medalların əyarı və sayına görə biz statistik olaraq dinamikanı qorumağa çalışdıq. Nəticə etibarilə biz komando, fərdi, qeyri-olimpiya, olimpiya, paraolimpiya və xüsusi olimpiya idman növləri üzrə nəticələrimiz oldu. İdman ilə bağlı infrastrukturun təhlili, eyni zamanda idman qurğularının çatışan-çatışmayan məqamlarının təhlili prosesi davam edir. Bildiyimiz kimi dövlət gənclər siyasəti ilə bağlı proqram bitdi. Yeni proqramın növbəti illəri əhatə edəcəyi istisna deyil. Hazırki 2015-2025-ci il strateji plan üzrə gənclər siyasəti davam etməkdədir. Bundan əlavə eyni zamanda gənclərlə bağlı bir neçə layihələrin icraatı nəzərdə tutulur. Bildiyimiz kimi ilin əvvəlində cənab Prezident İlham Əliyev ilə gənclərin görüşü baş tutdu. Cənab Prezident çıxışında yeni hədəflər və bu hədəflərə doğru gediş, bununla bağlı iş icraatı, qarşıya qoyulan məsələlərin baxış bucağı və bir çox məsələləri özündə cəmləşdirdi. Bir sözlə, 2021-ci ilin yekunları müstəqillik dövrünün növbəti ilinin yadda qalan, nəticələrlə zəngjn olan bir il oldu.

– Bildiyimiz kimi “Pekin-2022” Olimpiya Oyunlarında Azərbaycan az sayda idmançı ilə təmsil olunur. Bunun səbəbi nədir?

“Pekin-2022” Qış Olimpiya Oyunlarında iştirak edən dövlətlərin, iştirak edən idmançıların, idman növlərinin sayına baxsaq, görərik ki, qış olimpiya oyunları yay olimpiya oyunlarından fərqli olaraq iqlimi mütləq şəkildə daha soyuq olan ölkələri özündə cəmləşdirir. Azərbaycanı təmsil edən iki milliləşdirilmiş idmançı əsasən fiqurlu konkisürmə üzrə ixtisaslaşıb. Onların məşq proqramının hazırlığı, həmin proqramın xoreoqrafiyası və texniki hazırlığı ölkə hüdudlarımızın kənarında keçirilir. Bu da iqlim və qış idman növlərinin bazasını daha güclü və daha yaxşı şəraitdə olduğu üçündür. Hər iki idmançı lisenziyalarını Avropa oyunlarından qazanıb. Azərbaycanın nümayəndə heyətinin Pekində keçirilən Qış Olimpiya Oyunlarında milli olimpiya komitəsinin rəsmiləri ilə, eyni zamanda bir neçə günlük gənclər və idman naziri Fərid Qayıbov da idmançılarla görüşdü. Digər bir tərəfdən bu il keçirilən olimpiya oyunlarının əsas fərqi ondan ibarətdir ki, burada idmançı sayı, həmçinin tamaşaçı sayı məhduddur. Bildiyimiz kimi bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə dağ yüksəklikləri və hava şəraitini nəzərə alaraq gələcəkdə bu ərazilərdə qış idman növlərinin təbliğatı ilə bağlı fikirlərini nəzərdən keçirir. Eyni zamanda gənclər və idman nazirliyində qış idman növləri federasiyasında da seçkilər keçirilir. Texnologiyanın inkişafını, Azərbaycanın güclü və qüdrətli dövlət olmasını nəzərə alaq gələcəkdə Azərbaycan nümayındə heyəti daha çox sayda olimpiadada içtirak edəcək. İlk idmançımız final mərhələsinə keçməyi qazanıb. Düşünürük ki, son Avropa oyunlarındakı çıxışı onu deməyə əsas verir ki, idmançımızın olimpiyadadakı nəticəsi müsbət olacaq.

– Ötən il Azərbaycan gənclərinin hansı problemləri həll olunmamış olaraq qaldı?

Bugünkü gündə Azərbaycan gəncliyi əhalinin 30-31 faizini təşkil edir. Bunu nəzərə alaraq yeni hədəflər yeni çağırışlar var. Azərbaycan da dünyanın bir parçasıdır. Buna görə də qlobal dünyaya məxsus olan problemlər təəssüflər olsun ki, Azərbaycandan da yan keçmir. Bugünkü gündə pandemiyanın yaratdığı yeni reallıqlar, sosial şəbəkələrin yaxşı tərəfi ilə yanaşı pis tərəfləri, gəncliyin iş ilə təminat məsələləri, cəmiyyətdə özünü təsdiqi kimi problemlər var. Baxmayaraq ki, bununla əlaqədar müxtəlif layihələr, tədbirlər keçirilir. Bundan əlavə eyni zamanda ordudan yeni təxris olunmuş, 44 günlük Vətən müharibəsindən yaralı çıxmış gəncliyimiz də var. Onlar cəmiyyətimizin bir parçasıdır və onlar gələcəkdə bu və ya digər işlərlə təmin olunmalıdırlar. Çünki onlar fiziki məhdudiyyətə baxmayaraq sözünü cəbhədə demiş insanlardır. Problemlər yeni çağırışlarla bağlıdır. Bu gün dünya yeni tranformasiya dövrünə qədəm qoyub. Bir çox ixtisaslar, peşələr tarixə qovuşaraq yeni ixtisaslar, peşələr yaranır. Ümumilikdə isə Azərbaycan gəncliyi üçün yaradılmış şərait, Azərbaycan gəncliyinin cəmiyyətdə təsdiqi və hazırlığı onu göstərir ki, Azərbaycan gəncliyi hər bir cəmiyyətdə olduğu kimi aparıcı qüvvədir.

– Sizin fikrinizcə bu gün futbolumuz qənaətbəxşdirmi?

Bu gün Qarabağ, Neftçi, Zirə kimi komandaların çoxalmasına ehtiyac var. Azərbaycan Futbol Federasiyasının Assosiasiyasının qarşıdakı hədəfi komandaların sayının çoxalmasıdır. İkinci bir məsələ isə bölgələrdir. Yəni bölgələrin sayı daha çox olmalıdır. Çünki bölgələrin sayı Premiyer Liqada komandaların təmsil olunması ilə artdıqca həmin bölgənin infrastrukturuna təsir edir. Əlbəttə ki, pandemiya dövrünün yaratdığı problemi nəzərə alsaq, azərkeşlərin sayının daha çox olması oyun keyfiyyətinə də müsbət təsir edir. Doğrudur, pandemiya dövründən əvvəl də bizim bir neçə komandalarımızın derbilərini çıxmaq şərti ilə oyunlar çox olmurdu. Komandaların sayı çox olduqda azərkeşlərin də sayı çox olur. Azarkeşlərin də sayı çox olanda həmin komandanın nəticələri də yaxşı olur. Üçüncü məsələ isə əvəzedici heyətin, yeni nəslin yetişdirilməsi üçün müxtəlif yaş qrupunda olan çempionatlarda rəqabətliyin sayı daha çox olmalıdır.

– Mütəmadi olaraq sosial şəbəkələrdə, mətbuatda davamlı olaraq futbolumuzun bərbad gündə olduğunu deyirlər. Sizcə, problemin kökündə nələr dayanır? Niyə Azərbaycan futbolu inkişaf edə bilmir?

– Bildiyimiz kimi tənqid yaxşıdır. Tənqid güclü insana yalnız insana kömək edir. Tənqiddən yaxşı nəticə çıxaran şəxs yalnız irəliyə doğru gedir. Digər tərəfdən tənqid reallığı əks etdirən, sağlam reallığı olan, reallığı göstərə biləcək məqamlara söykənməlidir. Bu baxımdan pasportlaşdırılma futbol ilə məşğul olan idmançıların sayının reallığı əks etdirən rəqəmlərini hədəf olaraq daha çox olmasını hədəfləyək. Çünki yüksək idman nəticəsinib göstərilməsi üçün kütləviliyin təmin olunması mütləqdir. Kütləvilikdən fərdlər seçilir, fərdlərdən komanda formalaşır. Yəni tək peşəkarlar arasında futbol oyunun klublar arasında deyil, eyni zamanda liqaların, o cümlədən həvəskar, birinci və dubl komandalarından ibarət regionların sayının artırılması, daha çox peşəkar mütəxəsəssislərimizin hazırlanması, uşaq futbolunun inkişafının təmin olunması və bugünkü gündə futbolun reallıqlarını əks etdirən inkişaf tempini görərək hakimlik, kulub-menecment keyfiyyətini qaldırmaq lazımdır. Yəni futbolçularımızı ölkə hüdudlarından kənara çıxmasını təmin etmək lazımdır. Beləliklə də onlara oxşamağa çalışan, onların ardınca getmək istəyənlərin də sayı çoxalacaq. Nəticə etibarilə milli komanda keyfiyyəti yüksək göstəricilərə söykənən futbolçuların sayının artçasına səbəb olacaq.

– Raqif bəy, Azərbaycan idmançısı dedikdə siz ilk kimi nümunə göstərirsiniz?

– Namiq Abdullayevi nümunə göstərirəm. Çünki Namiq Abdullayev olimpiya çempionu olaraq sərbəst güləş üzrə Sidneydə, Ondan əvvəl isə 1996-cı ildə Sidneydə gümüş medal qazanıb. Güləşdiyi çəki dərəcəsi 55 kilo çəki dərəcəsi idi. Bu gün 22 il keçməyəinə baxmayaraq Namiq Abdullayev öz çəki dərəcəsini qoruyub saxlaya bilir. Yəni o nizam-intizamlı bir şəxsdir. İkincisi isə hər hansı bir uöuru qazanmaq çətindir. Amma o uğuru qazanıb, qorumaq, bu adın yüksək aliliyini qoruyub saxlamaq heç də hər idmançıya nəsib olmur.

Arzu Qurbanzadə

https://sia.az/az/news/social/931423.html?fbclid=IwAR1HFqNqE_zZjOLjWsaYKETvOKxPmhnP_E5urTrLj4xDUlJ1vo0A5iLW2j8

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort