Azərbaycan səninlədir, sənsiz deyil” adlı dördüncü yaradıcılıq müsabiqəsi

   15 may 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümümünasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Gül bayramı”nın keçirilməsi haqqında”18.04.2014-cü il tarixli 83 saylı Sərəncamına və rayon Gənclər və İdman İdarəsinin 2014-cü il tədbirlər planına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə istedadlı yeniyetmə və gənclərin iştirakı ilə “Azərbaycan səninlədir, sənsiz deyil” adlı dördüncü yaradıcılıq müsabiqəsi keçirildi.

    2 mərhələdə keçirilən müsabiqəyə 4 fevral 2014-cü il tarixdə start verilmiş və 4 mart 2014-cü il tarixədək rayon orta ümumtəhsil məktəblərində seçim turu keçirilmişdir. Məktəbdaxili mərhələdə qalib gəlmiş 191 nəfər şagird rayon mərhələsinə vəsiqə qazanmışdır.

   İkinci rayon mərhələsi isə aprel ayı ərzində  32 orta ümumtəhsil məktəbinin, musiqi məktəblərinin, uşaq-gənclər yaradıcılıq mərkəzlərinin  iştirakı ilə keçirilmişdir. Tədbirdə müsabiqənin yekun nəticəsinə əsasən müxtəlif nominasiyalar üzrə qalib gəlmiş 122 nəfər yeniyetmə və gəncin ifasında yekun konsert proqramı təqdim olundu.

   İştirakçıların çıxışından sonra söz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verildi. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Raqif Abbasov Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi. Ölkəmizdə həyata keçirilən gənclər və idman siyasətinin Binəqədi rayonunda da uğurla icra olunduğunu nəzərə çatdıran natiq son dövrlərdə rayonunun yarış və müsabiqələrdə əldə etdiyi uğurların buna əyani sübut olduğunu nəzərə çatdırdı.Raqif Abbasov qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün bir nümunədir. Ümummilli lider daim istedadlı gənclərə və idmançılara böyük ehtiram göstərmişdir.

  Sonra söz Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova verildi. Müsabiqə iştirakçılarını təbrik edən icra başçısı onların valideynlərinə və müəllimlərinə təşəkkür etdi. Ümummilli lider Heydər Əliyevin istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğısından  söhbət açdı və qeyd etdi ki, bu siyasət indi də uğurla davam etdirilir.

 

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort