Azərbaycan samboçuları II Avropa Oyunlarına üç lisenziya qazanıblar

    Mayın 20-də Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatına yekun vurulub.

    2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya verən yarışda ölkəmizi 9 samboçu təmsil edib.

    Çempionatın sonuncu günündə Azərbaycan millisi daha bir medal qazanıb. Belə ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavidan Qarayev Avropa çempionatının bürünc medalına sahib olub.

    Qitə birinciliyinin əvvəlki günlərində isə Mehman Xəlilov (57 kq), Emil Həsənov (68 kq) və Nəbi Məmmədov (100 kq) bürünc medal qazanıblar. Həmçinin millimiz II Avropa Oyunlarına 3 lisenziya əldə edib.

      Yığmamız çempionatda Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun rəhbərliyi altında yarışıb.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort