Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə hərbi hissələrin əsgərləri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci il dönümü münasibəti ilə   Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri arasında “Breyn-ring” intelektual oyunu keçirilmışdır.

Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışmış ve sonda iştirakçılara uğurlar arzulamışdır.

Yarışda yeddi hərbi hissənin komandası iştirak etmişdir. Komandaların tərkibi 6 əsas və 2 ehtiyyat oyunçulardan ibarət olmuşdur. Komandalara verilən suallar Azərbaycan hərb tarixinə və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid edilmişdir.

Tədbirin sonunda qaliblər Baş İdarə tərəfindən  fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort